Yaponiya millisinin sabiq üzvü Keysuki Hondanın yeni klubu müəyyənləşib. Bu barədə “Globe Esporte” nəşri yazıb. Xəbərdə deyilir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını Braziliyada davam etdirəcək. O, “Botafoqo” ilə razılığa gəlib. Bu gün transferin rəsmən açıqlanacağı bildirilir. Qeyd edək ki, Honda son olaraq Niderlandın “Vitess” klubunda çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB