Sumo üzrə Bakı çempionatına start veriləcək

Sumo üzrə Bakı çempionatına start veriləcək

Fevralın 23-də Abşeron Olimpiya İdman Kompleksində sumo üzrə Bakı çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, paytaxt birinciliyində 100-ə yaxın idmançı iştirak edəcək. Yarışda kadetlər, yeniyetmələr, gənclər və böyüklər öz qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yarışın qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Sumo Federasiyası tərəfindən diplom və medallarla təltif olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə