Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin vaxtları dəqiqləşib. SİA-nın məlumatına görə, birinci dövrə çərçivəsində keçiriləcək qarşılaşmalar fevralın 1-də oynanılacaq.
Günün ilk matçında “Sərhədçi” “Murov”la münasibətinə aydınlıq gətirəcək. Oyunun start fiti 14:00-da veriləcək. İki saat sonra isə meydana “Express” və “Xilasedici” klubları çıxacaqlar.
Hər iki matç “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB