“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə Formula 1 Azərbaycan Qran-Prisinin 5 illiyinə həsr olunmuş əl işləri və suvenir müsabiqəsi fevralın 15-dək davam edəcək.
SİA-nın məlumatına görə, müsabiqəyə qoşulmaq istəyənlər [email protected] ünvanına yazaraq müraciət etməlidirlər. Bütün müraciətçilərə iştirak forması göndəriləcək və iştirakçılar da öz növbəsində həmin formanı müvafiq qaydada doldurduqdan sonra yuxarıdakı elektron ünvana göndərməlidirlər.
Suvenir müsabiqəsinin qaydaları və şərtləri barəsində ətraflı məlumatı https://www.bakucitycircuit.com/az/news/1006 saytından əldə etmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB