Atletika üzrə XII beynəlxalq memorial keçiriləcək

Atletika üzrə XII beynəlxalq memorial keçiriləcək

Yanvarın 31-dən fevralın 1-dək Respublika Olimpiya Mərkəzində Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş tullanmalar üzrə XII beynəlxalq memorial təşkil olunacaq. SİA-nın məlumatına görə, yarışda Azərbaycan və Rusiya atletləri iştirak edəcəklər. Turnirdə kişilər, 2000-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlar uzununa, üçtəkanla və yakut tullanmalarında mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirin açılış mərasimi yanvarın 31-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə