Azərbaycanlı hakimlər növbəti dəfə digər ölkənin yüksək liqasının vacib oyununa təyinat alıblar. SİA-nın məlumatına görə, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan Super Liqasının 22-ci turu çərçivəsində keçiriləcək “Panatinaikos”–PAOK oyununu idarə edəcək.
Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
“Panatinaikos”–PAOK oyunu fevralın 2-də təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB