Renat Dadaşov "Liverpul"a qol vurub

Renat Dadaşov "Liverpul"a qol vurub

Beynəlxalq Premyer Liqa Kubokunda qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi İngiltərənin “Vulverhempton” klubunun U-23 komandası da növbəti matçına çıxıb.

Sözügedən komanda “Liverpul”un eyni yaş qrupundan ibarət kollektivi ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu da 49-cu dəqiqədə məhz Dadaşov vurub.

Qələbə qazanacağı halda vahid qrup lideri kimi 1/4 finala vəsiqə qazanmaq şansı olan “Vulverhempton” bu heç-heçə nəticəsində 3 xalla qrup sonuncusu olub. Qrup birincisi olan “Liverpul”, eləcə də PSJ və “Atletik” isə 4 xal toplayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə