"Beşiktaş" və "Başakşəhər" klublarının sabiq baş məşqçisi artıq Azərbaycanda işləyəcək

Türkiyənin "Beşiktaş" və "Başakşəhər" klublarının aşağı yaş qrupu üzrə sabiq baş məşqçisi Öndər Karaveli bundan sonra Azərbaycanda işləyəcək.

SİA xəbər verir ki, 45 yaşlı mütəxəssis "Qarabağ"ın uğurları üçün çalışacaq.

Son olaraq "Başakşəhər"in U-19 komandasına rəhbərlik edən Karaveli "Qarabağ"da koordinator köməkçisi vəzifəsini icra edəcək. O, məşqçilik karyerası ərzində əvvəllər "Beşiktaş"ın U-21 komandasını çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə