Şahmatçımız açıq turnirdə liderliyə yüksəlib

Azərbaycan şahmatçısı Vüqar Əsədli Portuqaliyanın paytaxtı Lissabonda keçirilən açıq turnirdə liderliyə yüksəlib.

SİA-nın məlumatına görə, turnirdə klassik yarışların beşinci turunda mübarizə aparan şahmatçımız rusiyalı Yevgeni Alekseyev ilə heç-heçə edib. V.Əsədli növbəti partiyada fransalı Tiqran Qamarian ilə qarşılaşacaq. Şahmatçımız hazırda 4,5 xalla turnir cədvəlində birinci yerdədir.

Komandamızın digər üzvlərindən Zaur Bayramov portuqaliyalı Kevin Spraget ilə heç-heçə edib. Nail Bəşirli braziliyalı Gilyerme Deola Borgesə qalib gəlib. Növbəti turda Z.Bayramov polşalı Kamil Staçovyak, N.Bəşirli italiyalı Kristian Palozza ilə qarşılaşacaqlar. Z.Bayramov 4 xalla 10-cu, N.Bəşirli 3,5 xalla 34-cü pillələrdə qərarlaşıblar.

Yanvarın 25-də start götürən turnir doqquz turdan ibarətdir. İsveçrə sistemi üzrə keçirilən yarışda 227 şahmatçı mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...