Basketbol üzrə Azərbaycan Superliqasının III dövrəsinə start veriləcək

Basketbol üzrə Azərbaycan Superliqasının III dövrəsinə start veriləcək

Fevralın 1-də Azərbaycan Superliqasının üçüncü dövrəsinə start veriləcək. SİA-nın məlumatına görə, oğlanlardan ibarət komandalar arasındakı oyunlar Azərbaycan Texniki Universitetinin basketbol arenasında keçiriləcək.

Həmin gün “Sıçrayış” və “80-lər” basketbol klubları arasındakı görüş saat 17:30-da, “Xırdalan” – “Atletik” matçı isə saat 19:30-da başlayacaq.

Fevralın 2-də Superliqanın 15-ci turunun digər iki qarşılaşması təşkil olunacaq. Günün ilk oyununda “Gəncə” və “Zirvə Astara” komandaları saat 18:00-da üz-üzə gələcəklər. “Sərkərdə” və “Atom” klubları arasındakı görüş isə saat 20:00-da oynanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə