Şahmatçılarımız “Masters” turnirinin VIII turunda yarışacaqlar

Yanvarın 28-də Cəbəllütariqdə keçirilən beynəlxalq şahmat festivalının “Masters” turnirinin səkkizinci turunun oyunları keçiriləcək. SİA-nın məlumatına görə, təmsilçimiz Şəhriyar Məmmədyarov növbəti turda hindistanlı Rameşbabu Praqnanandha, Vasif Durarbəyli türkiyəli Cəmil Can Əli Marandi ilə mübarizə aparacaqlar.

Ötən yeddi turun nəticələrinə görə əsasən Ş.Məmmədyarov 5, V.Durarbəyli 4,5 xal toplayıblar.

On turdan ibarət “Masters” turnirinə 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...