"Sabah" klubu Yevgeni Koçuku transfer edib

Transfer çalışmalarını davam etdirən “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın məlumatına görə, Moldova millisinin yarımmüdafiəçisi Yevgeni Koçukla 1,5 illik müqavilə imzalanıb.

26 yaşlı futbolçu karyerası ərzində “Daçia” (Moldova) və “Jilina” (Slovakiya) klublarının uğurları üçün çalışıb. Onun son komandası “Səbail” olub.

Qeyd edək ki, Koçuk 2015-ci ildən şərəfini qoruduğu Moldova millisində 19 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə