Uşu üzrə respublika turniri keçirilib

Qəbələ Olimpiya İdman Kompleksində yeniyetmələr və gənclər arasında uşu üzrə respublika turniri keçirilib. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Uşu Federasiyasının birgə təşəbbüsü ilə keçirilən yarışda Bakı, Gəncə, Göyçay, Mingəçevir, Şəki və Ağcabədidən 200-ə yaxın idmançı iştirak edib.

Turnirin açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Qəbələ Rayon Gənclər və İdman idarəsinin rəisi Fəxri Sultanov ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafından danışaraq deyib ki, Prezident İlham Əliyevin idmana diqqət və qayğısı sayəsində bu sahə sürətlə inkişaf edir. Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərində də nailiyyətlərin sayı artır. Azərbaycanda gənclər arasında uşuya maraq böyükdür və bu, gələcəkdə daha ciddi nailiyyətlərin qazanılacağını deməyə əsas verir.

20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş turnir martda keçiriləcək uşu üzrə Azərbaycan çempionatına hazırlıq xarakteri daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə