Yunan-Roma güləşi üzrə Bakı çempionatı keçirilib

Hövsan Olimpiya İdman Kompleksində yunan-Roma güləşi üzrə Bakı çempionatına yekun vurulub. SİA-nın məlumatına görə, 2003-2004-cü il təvəllüdlü güləşçilərin mübarizə apardıqları paytaxt birinciliyində 10 çəki dərəcəsi üzrə 240-a yaxın pəhləvan mübarizə aparıb.

Yarışda Rahim Həsənov (45 kq), Pərviz Dadaşov (48 kq), Tural Mehtiyev (51 kq), Elmir Əliyev (55 kq), Yadigar Qaybəliyev (60 kq), Urfan Həsənli (65 kq), Ruslan Nurallayev (71 kq), Cocu Səmədov (80 kq), Hüseyn Hüseynov (92 kq) və Süleyman Salmanov (110 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə