Şahmatçımızdan daha bir heç-heçə

"Gibraltar International Chess 2020" beynəlxalq şahmat festivalının "Masters" turnirinin altıncı turunun oyunları keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti turda hindistanlı Çopra Aryanla heç-heçə edib.

Digər şahmatçımız Vasif Durarbəyli isə ispaniyalı Karlos Ibarra Jerez Joseyə məğlub olub.

Cəbəllütariqdə keçirilən beynəlxalq turnirin ötən altı turunda Ş.Məmmədyarov 4, V.Durarbəyli 3,5 xal toplayıb.

"Masters" turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə