Eddi İsrafilovun komandası növbəti məğlubiyyətini alıb

Futbol üzrə İspaniya 2-ci liqasında 25-ci turun oyunları keçirilib. SİA xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete" də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Deportivo" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Millimizin üzvü 21-ci dəqiqədə sarı vərəqə almaqla yadda qalıb. "Albasete" hazırda 28 xalla 22 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə