Komandalarımızın yoxlama oyunları sonlanacaq

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klubları son yoxlama oyunlarını keçirəcəklər. SİA-nın məlumatına görə, "Qarabağ", "Sumqayıt", "Qəbələ" və "Səbail" komandaları son matçlarına çıxacaqlar. Ağdam təmsilçisi bu gün iki görüş keçirəcək. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Bakı vaxtıyla saat 12:30-da Çexiyanın "Siqma", 18:30-da isə Polşanın "Vİsla" (Plok) klubuyla üz-üzə gələcək.

"Sumqayıt" Qazaxıstan təmsilçisi “Şaxtyor" (Karaqanda) münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşmanın Baxkı vaxtı ilə saat 18:00-da başlaması nəzərdə tutulub. "Səbail"in Polşa "Korona"sı ilə matçı Bakı vaxtı ilə saat 16:00-da olacaq.

Nəhayət "Qəbələ" sonuncu yoxlama oyununda Rumıniyanın “Konkordiya” klubu ilə üz-üzə gələcək. Görüşün start fiti saat 18:30-da çalınacaq.

Qeyd edək ki, "Qarabağ" qonşu ölkədəki ilk sınağında Rumıniyanın "Akademika Klinçeni" klubu ilə bərabərə qalıb - 2:2. Ağdam təmsilçisi daha sonra Qazaxıstan təmsilçisi "Jetisu"nu minimal hesabla üstələyib - 1:0. İlk matçda Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzan "Qəbələ" ardından Rusiya təmsilçisi "Çayka"nı 3 cavabsız qolla üstələyib. "Qırmızı-qaralar" daha sonra Bolqarıstan "Etar"ı ilə qolsuz bərabərə qalıb. Macarıstanın "Kaposvar" komandasına məğlub olan (3:4) "Sumqayıt" Rumıniya "Politexnika"sı ilə heç-heçə edib - 1:1. "Gənclik şəhəri təmsilçisi Polşa "Arka"sını isə məğlub edib - 1:0. Qazaxıstanın "Jetisu" klubuna 0:1, Ukraynanın "Olimpik" (Donetsk) komandasına 1:3 hesabı ilə məğlub olan "Səbail" Rumıniya "Voluntari"si ilə heç-heçə edib - 2:2

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...