Azərbaycan hakimləri yeni təyinat alıblar

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Emil və Ernest Ağakişi qardaşları növbəti təyinat alıblar. SİA-nın məlumatına görə, hakimlərimiz qadın həndbolçular arasında keçirilən Avropa Həndbol Federasiyası (AHF) kuboku turnirinin qrup mərhələsi çərçivəsində Rusiyanın “Lada” və Norveçin “Storhamar” komandalarının görüşünü idarə edəcəklər.

Yanvarın 25-də Tolyati şəhərinin “Olimp” idman kompleksində təşkil ediləcək qarşılaşmanın AHF-dən nümayəndəsi bolqarıstanlı Mixail Başev olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...