“Neftçi” son yoxlama oyununda da uduzdu

Təlim-məşq toplanışını Antalyada davam etdriən “Neftçi” bu gün sonuncu yoxlama oyunun çıxıb. “Ağ-qaralar” Ukraynanın “Desna” klubu ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub. "Neftçi"nin qolunu 66-cı dəqiqədə Stiven Monroz vurub. “Desna” isə 38 və 45-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, "Neftçi" bundan əvvəlki hər iki yoxlama oyununda məğlub olmuşdu. Paytaxt təmsilçisi ilk matçda Polşanın “LSK Lodz” komandasına 0:4, ikinci görüşündə isə “Dinamo”ya (Kiyev) 1:2 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...