“Neftçi” və “Keşlə” klubları yoxlama oyunları keçirəcəklər

Yanvarın 24-də Bakının “Neftçi” və “Keşlə” klubları Antalyada sonuncu yoxlama oyununu keçirəcəklər. SİA-nın məlumatına görə, günün ilk matçında “Keşlə” Slovakiyanın “Zemplin” klubu ilə qarşılaşacaq. Digər paytaxt təmsilçisi “Neftçi” isə Ukraynanın “Desna” klubu ilə üz-üzə gələcək.

Xatırladaq ki, “Neftçi” bundan əvvəlki hər iki yoxlama oyununda məğlub olub. Paytaxt təmsilçisi ilk matçda Polşanın “LSK Lodz” komandasına 0:4, ikinci görüşündə isə Ukraynanın “Dinamo Kiyev” klubuna 1:2 hesabı ilə məğlub olub. “Keşlə” isə ilk oyunda Almaniyanın aşağı liqa klubu “Zvikau”ya 1:4, ikinci matçda isə Rusiyanın “Arsenal” komandasına 1:2 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...