Cüdoçularımız Qran-Pridə mübarizəyə qoşulublar

Təl-Əvivdə keçirilən cüdo üzrə Qran-Pri turnirində Azərbaycanın daha iki cüdoçusu mübarizəyə başlayıb. SİA-nın məlumatına görə, təmsilçimiz Telman Vəliyev (73 kq) birinci görüşdə ispaniyalı Salvador Kases ilə qarşılaşır. Komandamızın digər üzvü Hidayət Heydərovun (81 kq) ilk rəqibi isə özbəkistanlı Kamoliddin Rasulovdur.

Qeyd edək ki, Qran-Prinin birinci günündə doqquz cüdoçumuz yarışıb. Komandamızın aktivində hələ medal yoxdur.

Turnirdə 90-dək ölkədən 500-dən çox cüdoçu iştirak edir. Azərbaycan Qran-Priyə 14 cüdoçu ilə qatılıb.

Bundan əvvəl keçirilən analoji yarışda cüdoçumuz İrina Kindzerska (+78 kq) qızıl, Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıblar. Komandamız bu nəticə ilə ümumi hesabda beşinci olub.

Bütün xəbərlər Facebook səhifəmizdə