Şahmatçılarımız turnirin III turunda mübarizə aparıblar

Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalının “Masters” turnirində şahmatçımız ardıcıl 3-cü qələbəsini qazanıb. SİA-nın məlumatına görə, Azərbaycan şahmatçısı Vasif Durarbəyli üçüncü turda yunanıstanlı Vasilios Kotroniası məğlub edərək aktivinə daha bir xal yazdırıb. Şəhriyar Məmmədyarov isə növbəti rəqibi fransalı Jules Moussardla heç-heçə edib. Üç turdan sonra V.Durarbəyli maksimum xalla liderlər qrupunda mübarizə aparır. Ş.Məmmədyarov isə 2,5 xal toplayıb.

“Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılıb. Onlardan 116-sı qrossmeysterdir.

Bütün xəbərlər Facebook səhifəmizdə