Belaruslu məşqçi Aleksey Baqa "Neftçi"dən təklif aldığını etiraf edib

Belaruslu məşqçi Aleksey Baqa "Neftçi"dən təklif aldığını etiraf edib.

SİA xəbər verir ki, hazırda Litvanın "Zalqiris klubunu çalışdıran 38 yaşlı məşqçi bu ölkənin mətbuatına müsahibəsində “Neftçi” və digər klublardan gələn təklifləri qəbul etməməsinin səbəbini də açıqlayıb. O, "Suduva" (Litva), "Yagelloniya" (Polşa) və "Neftçi" ilə əlaqədə olmağınız doğrudurmu" sualına belə cavab verib:

"Gizlətməyəcəyəm. Klub rəhbərləri ilə söhbətlərim olub. Konkret hansısa klub haqqında danışmaq istəmirəm. Fərqli səbəblərə görə gedə bilmədim. Bəzi hallarda başqa bir namizəd seçildi, digərlərində isə ailəmin vəziyyəti böyük rol oynadı. Uzaq bir yerə getmək və ailəmi özümlə aparmaq istəmirdim".

Qeyd edək ki, hələ Roberto Bordinin istefasında əvvəl “Neftçi”nin Aleksey Baqa ilə danışıq aparması haqda xəbərlər yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə