Azərbaycan kubokunda 1/16 final mərhələsinin püşkü atılıb

Bu gün Bakı İdman Sarayında futzal üzrə Azərbaycan kuboku yarışlarının 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib. SİA-nın məlumatına görə, bu mərhələdə 32 komanda iştirak edəcək. Onlardan 10-u Yüksək Liqanın təmsilçisidir. Qalan iştirakçılardan 7-si Birinci, 13-ü isə İkinci Liqa komandalarıdır. Daha 2 komanda Naxçıvan Futzal Liqasında çıxış edən kollektivdir.

Püşkün nəticəsinə görə, növbəti turda “Araz”–“Baker Hughes”, “Marafon”–“Altay”, EKOL–NTD, “Neftçi”–“Gənclik”, “Baku Fire”–“Advokat”, “Premier” (Quba) – Bibi-Heybət, “Bakı”-“Nəqşicahan”, “Record club”–“Hövsan”, “Xızı”–“Baker Tilly”, “Yasamal”–“Atletiko Baku”, “Standard”–“Dalğa”, “Forza Neftçi”–“Badamlı”, “Star karqo”–“Star karqo-2”, “Red Line”–“Borçalı”, “Baku Fans”–“Zəngilan” və “Yasamal-2”–“Yurd” oyunları keçiriləcək.

Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları fevralın 6-8-də, cavab görüşləri isə bir həftə sonra – fevralın 14-16-da təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə