Teymur Rəcəbov Rusiyada dövlət rəsmisi ilə görüşüb

Şahmat üzrə Dünya Kubokunun qalibi Teymur Rəcəbov həmkarı Sergey Karyakinlə birgə Rusiya Federasiyası Prezidentinin Administrasiya rəhbərinin müavini Sergey Kiriyenko ilə görüşüb.

SİA-nın məlumatına görə, ötən il Dünya Kubokunda qazandığı qələbə münasibətilə Rəcəbovu təbrik edən Rusiya hökumətinin rəsmisi İddiaçılar Turnirində Azərbaycan şahmatçısına uğurlar arzulayıb.

Qeyd edək ki, Dünya Kubokunda qələbə sayəsində İddiaçılar Turnirinə vəsiqə qazanan Teymur Rəcəbov mötəbər yarışda iştirak edəcək səkkiz şahmatçı sırasındadır. Hazırda o, Moskvada təlim-məşq toplanışında iştirak edir. Yekaterinburqda təşkil olunacaq İddiaçılar Turniri martın 15-də start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə