Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Prezidenti Tomas Bax yeniyetmələr arasında 2020-ci ilin Qış Olimpiya Oyunlarının bağlanmasını rəsmən elan edib.

SİA-nın məlumatına görə, İsveçrənin Lozanna şəhərində keçirilmiş yarışlarda Rusiya yığması rekord sayda – 29 medal, o cümlədən 10 qızıl, 11 gümüş və 8 bürünc medal qazanaraq ümumi komanda hesabında qalib gəlib. Qazanılmış medalların sayına görə əvvəlki rekordun də sahibi rusiyalılar olub: 2016-cı il Oyunlarında onlar 24 mükafat (7-8-9) medala sahib olublar. Lozannada keçirilən Oyunlarda ikinci yeri İsveçrə yığması (10-6-8), üçüncü yeri yaponlar tutub (9-7-1).

Oyunların bağlanış mərasimində Rusiya yığmasının bayraqdarı Nikolay Lısakov (körlinq) olub. O, komanda yarışlarında bürünc medal, qarışıq duetlərin yarışlarında isə gümüş medal qazanıb.

Yeniyetmələrin Oyunlarında 14-18 yaşlarında idmançılar iştirak edib. 2024-cü ildə yeniyetmələr arasında Qış Olimpiya Oyunları yanvarın 19-dan fevralın 2-dək Cənubi Koreyanın Kanvondo əyalətində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə