"Qarabağ" Ovusu Kvabenanı transfer edib

"Qarabağ" futbol klubu qış transfer pəncərəsində ilk transferini reallaşdırıb. SİA-nın məlumatına görə, komanda İspaniya La Liqasında çıxış edən "Leqanes"in forvardı Ovusu Kvabenanı heyətinə qatıb.

22 yaşlı forvardla 3,5 illik müqavilə imzalanıb. Mövsümün ilk yarısını icarə əsasında İspaniyanın "Kordoba" klubunda keçirən qanalı futbolçu 17 oyunda 6 qola imza atıb. Yeni transfer ölkəsinin əsas millisində də 4 oyuna çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə