Bu gün Avro-2012-nin seçmə mərhələsində Azərbaycan millisi də meydana çıxıb. SİA-nın xəbərinə görə, Berti Foqtsun komandası səfərdə Belçika yığmasının qonağı olub. Bu, komandamızın cari seçmə mərhələdə 4-cü qarşılaşması idi. Əvvəlki oyunların da ikisi rəqib meydanında olub.
3-cü səfərinə çıxan komandamız 3-cü dəfə idi ki, Belçika yığması ilə qarşılaşırdı. Əvvəlki uğursuzluqlara baxmayaraq azarkeşlər millimizdən qələbə gözləsədə, yığmamız bu dəfə də məğlubiyyətlər seriyasını davam etdirib.
Rəqib meydanında qol yağışına tutulan komandamız qapısına vurulan 4 topdan yalnız 1-nə cavab verə bilib. 4:1 hesabı ilə bitən Belçika – Azərbaycan oyununda rəqib tərəfdən qolları Yan Vertongen, Timmi Simons, Naser Şadlı, Yelle Vossen vurublar. Millimizin təsəlli qolu isə Ruslan Abışovun aktivinə yazılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB