AFFA-nın Konfransına KİV-lərin qeydiyyatı başlayıb

AFFA-nın növbəti Konfransı keçiriləcək. SİA-nın məlumatına görə, yanvarın 28-də, saat 10:00-da, “Bulvar otel”də təşkil olunacaq konfransda iştirak etmək istəyən KİV nümayəndələri akkreditasiya əldə etmək üçün qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmək üçün tələb olunanlar:
1. Qeydiyyatdan keçənin adı, soyadı
2. Təmsil etdiyi KİV
3. Vəzifəsi
4. 3x4 ölçüdə, elektron formatda şəkil

Yuxarıda göstərilənlər 24 yanvar saat 18:00-a qədər ipr@affa.az ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və ipr@affa.az ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə