Niderlandın Veyk-an Zee şəhərində təşkil olunan “Tata Steel Chess 2020” turnirində şahmatçılarımız növbəti heç-heçəyə imza atıblar.

SİA-nın məlumatına görə, festivalın "Tata Steel Chalangers" (B turniri) turnirinin onuncu turunda mübarizə aparan şahmatçımız Rauf Məmmədov yerli idmançı Jorden Van Foreestlə “sülh”ə razılaşıb.

On turun nəticəsinə görə aktivində 5 xal olan R.Məmmədov 7-ci sırada qərarlaşıb.

"Tata Steel Chalangers"ə seçim turniri olan "Tata Steel Qualifer"də mübarizə aparan gənc şahmatçımız Aydın Süleymanlının da 5-ci turda Almaniya təmsilçisi Roven Vogellə oyununda bərabərlik qeydə alınıb. Beş turun nəticəsinə görə A.Süleymanlı 3 xalla 3-6-cı yerləri bölüşür.

Bütün xəbərlər Facebook səhifəmizdə