Futbol klublarımızın hazırkı transfer durumu

Azərbaycan premyer liqasında çıxış edən klublarımız Türkiyədə təlim-məşq toplanışı müddətində həm də heyətə əl gəzdirirlər. Lakin gələnlərlə yanaşı, gedənlər də var. SİA-nın xəbərinə görə, onların hazırkı siyahısı isə belədir:

Qarabağ
Gələnlər: yoxdur;
Gedənlər: Simeon Slavçev, Asmir Beqoviç, Riçard Almeyda.

Neftçi
Gələnlər: İbrahim Əliyev, Mirabdulla Abbasov, Saman Nəriman Cahan;
Gedənlər: Rauf Əliyev, Kirill Petrov.

Keşlə
Gələn: Aleşandre Kriştovao;
Gedənlər: Şahin Zəkiyev, Murad Qayalı.

Sumqayıt
Gələnlər: yoxdur;
Gedən: Ehtiram Şahverdiyev.

Zirə
Gələnlər: Ağabala Ramazanov, Davit Volkov, Əli Sesai, Yovan Krneta;
Gedən: Soni Norde.

Sabah
Gələnlər: Mario Marina, Marko Deviç;
Gedənlər: Hendrik Eksteyn, Rocer Roxas.

Qəbələ
Gələn: Ehtiram Şahverdiyev;
Gedən: Davit Volkov.

Səbail
Gələnlər: Murad Qayalı, Rauf Əliyev, Hendrik Eksteyn;
Gedənlər: Ağabala Ramazanov, Elvin Yunuszadə, Mirabdulla Abbasov, İqor Korotetski, Yevgeni Koçuk.

Bütün xəbərlər Facebook səhifəmizdə