Türkiyə millisi Avstriyanı İstanbuldan məğlub yola salıb

Türkiyə millisi Avstriyanı İstanbuldan məğlub yola salıb

AÇ-2012-nin seçmə mərhələsində növbəti oyunlara start verilib. SİA-nın məlumatına görə, milli komandamızla yanaşı Avropanın bir neçə yığması da növbəti görüşlərinə çıxıb.

Azərbaycanlı futbol azarkeşlərini ən çox maraqlandıran əsas görüşlərdən biri isə Türkiyədə baş tutub. Milli komandamızla eyni qrupda mübarizə aparan Türkiyə yığması öz meydanında Avstriyanı qəbul edib. Bu görüş həm türklər, həm də bizim üçün böyük əhəmiyyət daşıyırdı. Belə ki, Türkiyə qalib gələcəyi təqdirdə final mərhələsinə getmək yolunda inamlı addım atacaqdı. Azərbaycan millisi isə səfərdə Belçikanı məğlub edəcəyi halda, digər komandalarla arasındakı xal fərqini 1-ə endirəcəkdi.

Türkiyə millisi inamlı oyunu ilə arzuladığı qələbəni qazandı. İstanbulda keçirilən matçda ev sahibləri ilk hissənin 28-ci dəqiqəsində Arda Turanın, ikinci hissənin 77-ci dəqiqəsində Gökhan Gönülün qolu ilə 2:0 qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə