Şahmatçılarımız “Masters” turnirinin II turunda oynayıblar

“Gibraltar International Chess Festival 2020” festivalının Azərbaycan şahmatçılarının da iştirak etdiyi “Masters” turnirinin ikinci turunun oyunları keçirilib.

SİA-nın məlumatına görə, təmsilçilərimiz Şəhriyar Məmmədyarov İngiltərədən olan Stephen Gordon, Vasif Durarbəyli almaniyalı Elizabet Paehtzə qalib gəlib. Digər təmsilçimiz Günay Məmmədzadə isə rusiyalı Mixail Kobaliaya məğlub olub. Ş.Məmmədyarov və V.Durarbəylinin 2, G.Məmmədzadənin isə 1 xalı var.

Qeyd edək ki, “Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılıb ki, onlardan da 116-sı qrossmeysterdir. Turnirin reytinq favoriti təmsilçimiz Ş.Məmmədyarovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə