Cüdoçularımızın ilk rəqibləri bəlli olub

Bu gün İsrailin paytaxtı Təl-Əvivdə start götürəcək Qran-Pri turnirində cüdoçularımızın ilk rəqibləri bəlli olub.

SİA-nın məlumatına görə, təmsilçilərimizdən Kəramət Hüseynov Angelo Pantano (İtaliya), Yaşar Nəcəfov Artyom Lesyuk (Ukrayna) (hər ikisi 60 kq), Orxan Səfərov ispaniyalı Daniel Peres, İbrahim Əliyev (hər ikisi 66 kq) Beslan Mudranov (Rusiya)-Bentse Boroş (Macarıstan) cütünün qalibi ilə, Telman Vəliyev (73 kq) İspaniya təmsilçisi Salvador Kases, Hidayət Heydərov (81 kq) özbəkistanlı Kamoliddin Rasulov, Rüfət İsmayılov (90 kq) Serbiya cüdoçusu Boşko Borinoviç, Aslan Mirzəyev (100 kq) Mikita Svirid (Belarus), Şahin Qəhrəmanov (100 kq-dan yuxarı) almaniyalı Sven Heynle ilə qarşılaşacaqlar.

Qadınların yarışında isə Aişə Qurbanlı Şira Rişoni (İsrail), Leyla Əliyeva (hər ikisi 48 kq) Gülkader Şəntürk (Türkiyə), Gültac Məmmədəliyeva (52 kq) Tatyana Levitska-Şukvani (Gürcüstan), İçinkorloo Münxtsedev avstriyalı Sabrina Filsmozer, Aleksandra-Larisa Florian (hər ikisi 57 kq) Ana Roza (Dominikan Respublikası) ilə güclərini sınayacaqlar.

Yarışda 90-na yaxın ölkədən 500-dən çox cüdoçu iştirak edəcək.

Qeyd edək ki, bundan əvvəl keçirilən analoji yarışda cüdoçumuz İrina Kindzerska (78 kq-dan yuxarı) qızıl, Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıblar. Bu nəticə ilə komandamız ümumi hesabda 5-ci olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...