“Australian Open” çirkli hava şəraitində keçirilir

Fəlsəfədə ("Avatar: Aang əfsanəsi"də) dünyanın dörd əsas elementi fərqlənir: su, hava, yer və od. Bu il hamısı “Australian Open”nin keçirildiyi Melburnu vurub.

Artıq yanğının Avstraliyanı bir neçə ay ərzində necə əzab verdiyini çox danışdılar. Meşə yanğınları rekord həddə çatıb. “Australian Open” tenis turnirindən əvvəl Melburn şəhərinin ətrafını yanğınlar sarmışdı.

Melburn, yanğınların ən çox təsirlənən bölgələrindən birinə çevrilən Viktoriyanın paytaxtıdır. Nəticədə, yanğın səbəbindən əsas turnir başlamazdan əvvəl hava problemi yaranmışdı.

Turnirin ilk günlərində şəhərin üstünə çökən tüstü qazından oyunçuların təng nəfəs olmasına və huşlarını itirməsinə səbəb olmuşdu. Təşkilatçılar təcili olaraq hansı şərtlərdə oynaya biləcəyinə dair bir təlimat hazırlamışdılar. Turnir həkimləri hər kubmetr havada 200 mikrogram hissəciklərin həddini təhlükəsiz hesab ediblər və mütəxəssislər mütəmadi olaraq nümunələr götürüblər.

Bazar ertəsi 43 millimetr yağış yağıb və bu 1996-cı ildən bəri rekordgöstərici idi. Buna görə, planlaşdırılan 64 qarşılaşmanın yalnız 32-si oynanıldı. Çərşənbə günü oyunçular güclü küləkdən şikayətləniblər. Oyunçulardan Roberto Bautista-Aqut belə pis şərtləri xatırlamadığını söyləyib. Onun matçı yenidən yağış yağmağa başlayanda qapalı meydançaya köçürülüb. Buna baxmayaraq yağışlı qum fırtınasının elementləri ilə qarşılaşıblar. Oyun gedən anda səmadan meydançaya toz səpələnib. Turnir cədvəlində ümumi 96 oyun var.Dünən Melburnda keçirilən turnir gecə 01: 31-də başa çatıb.

Xatırladaq ki, Avstraliyada keçirilən tenis üzrə açıq çempionat fevralın 2-də başa çatmalıdır.

Müəllif: Şiraslan Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə