Şahmat üzrə hazırkı dünya çempionu, hindistanlı qrossmeyster Vişvanatan Anand Daşkənddə keçirilən eyni vaxtda şahmat oyunu zamanı iki özbək yeniyetməyə uduzub.
SİA-nın xəbərinə görə, 20 lövhədə keçirilən eyni vaxtda oyun seansı 15:5 hesabı ilə Anandın xeyrinə başa çatıb. Altı yeniyetmə şahmatçı – Akmal Fayzullayev, Talqat Qubaydulin, Maftuna Mamatkulova, Əlişir Beqmuratov, Oleq Artyomenko və Saidakbar Saydaliyev hindistanlı qrossmeysterlə heç-heçə oynayıblar.
Qadın şahmatçılardan ibarət Özbəkistan yığmasının üzvü Xulkar Tohirjanova və 8 yaşınadək oğlanlar arasında 2010-cu ildə Çində keçirilmiş Asiya çempionatının mükafatçısı, 10 və 12 yaşınadək Özbəkistan çempionatlarının mükafatçısı Temur İqonin dünya çempionuna qalib gəliblər.
Anand Daşkəndə FİDE-nin versiyası ilə şahmat üzrə sabiq dünya çempionu, Özbəkistan qrossmeysteri Rüstəm Qasımcanovla yoldaşlıq görüşü keçirmək üçün martın 27-də gəlib.
Görüşü Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjanov izləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB