Azərbaycan millisi özbəklərə qalib gəlib

Futzal üzrə Azərbaycan milli komandası Özbəkistan yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.

SİA xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunmuş qarşılaşma yığmamızın qələbəsi ilə yekunlaşıb - 4:3. Millinin heyətində Oliveira Da Nascimento “Vassora”, Tiago Telles Martins “Bolinha”, Eduardo Borges və İsa Atayev fərqlənib.

22 yanvar

Azərbaycan – Özbəkistan 4:3
Qollar: Vassura, 02:26. Bolinya, 12:07. E.Borges, 15:00. İ.Atayev, 36:32 – İ.Hamroev, 09:49. İ.Ropiyev, 25:25. S.Jorayev, 28:35.
Qırmızı vərəqə: Ə.Usmanov, 35:14

Bütün xəbərlər Facebook səhifəmizdə