“Arsenal”ın hücumçusu “Barselona”ya keçə bilər

“Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyanq karyerasını “Barselona”da davam etdirə bilər.
SİA-nın İspaniyanın “El Mundo Deportivo” nəşrinin yazdığına əsasən verdiyi xəbərə görə, Luis Suaresin zədələnməsi səbəbindən hücumçu axtarışına çıxan katalonlar qabonlu futbolçunun transferi üçün “Arsenal”la danışıqlara başlamağa hazırdır. Obameyanq hazırkı klubu ilə müqavilə müddətini yeniləməkdə maraqlı olmasa da, mövsümün ortasında “topçuların” lider oyunçularından birini əldə etmək çətin olacaq. Görünür, elə ona görədir ki, “Valensiya”nın hücumçusu Rodriqo da “Barsa”nın siyahısındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə