Cüdo yığmamız təlim-məşq toplanışına başlayıb

Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə qadınlardan ibarət yığması Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışına başlayıb. SİA-nın məlumatına görə, toplanışa baş məşqçi Ramin İbrahimovun rəhbərliyi ilə 15 nəfərlik heyət qatılıb. Toplanış yanvarın 29-da yekunlaşacaq.

Qeyd edək ki, hazırlıq prosesində komandanın iştirakına Neftçi İdman Klubu İctimai Birliyi dəstək verir.

Bütün xəbərlər Facebook səhifəmizdə