Həndbol üzrə Azərbaycan kuboku yarışları davam edir

Kişi həndbolçular arasında Azərbaycan kuboku yarışları davam edir. SİA-nın məlumatına görə, yarışın əsas favoriti sayılan “Məhsul” komandası “Bakı” ilə qarşılaşıb. Yarışa qələbə ilə başlayan rəqiblərin oyunu böyük maraqla gözlənilirdi. Bu görüş qrup liderini müəyyənləşdirmək baxımından həlledici xarakter daşıyırdı. Rəqibin ciddi müqavimətinə rəğmən, oyunu qələbə ilə bitirən “Məhsul” qarşıya qoyulan tapşırığı yerinə yetirib – 32:29.

Günün digər matçında meydançaya “Təhsil” və U-18 komandaları çıxıblar. Startı uğursuz alınan rəqiblərin növbəti görüşündə birincilərin qələbəsinə inananlar yanılmayıblar. “Təhsil”in üstünlüyü şəraitində keçən qarşılaşma 36:17 hesabı ilə başa çatıb.

Yanvarın 25-də keçiriləcək “Məhsul” – U-18 və “Təhsil”–“Bakı” görüşləri ilə qrup mərhələsinə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...