4 futbol klubumuz Antalyada yoxlama oyunu keçirəcək

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama oyunları davam edir. SİA-nın məlumatına görə, bu gün Premyer Liqa təmsilçilərindən 4-ü yoxlama görüşlərində qüvvələrini sınayacaq.

"Zirə" bu dəfə Serbiyanın "Napredak" klubu ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

"Sumqayıt"ın Polşa "Arka"sı ilə qarşlaşması saat 16:30-da start götürəcək.

Jelko Sopiçin rəhbərlik etdiyi "Sabah" klubu Antalyadakı son sınağında Rusiyanın "Spartak-2" (Moskva) komandasını sınağa çəkəcək. Bu görüş saat 17:00-da başlayacaq.

Nəhayət, "Səbail" üçüncü yoxlama görüşündə Rumıniyanın "Voluntari" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Matç saat 17:00-da start götürəcək.

Qeyd edək ki, ilk matçında Türkiyə "Ümraniyespor"una 0:3 hesabı ilə məğlub olan "Zirə" ikinci oyununda Rumıniya "Sepsi"sinə qalib gəlib - 2:0. Macarıstan "Kaposvar"ına 3:4 hesabı ilə uduzan "Sumqayıt" Rumıniya "Politexnika"sı bərabərə qalıb - 1:1. Əvvəlcə Macarıstan "Pakş"ına 0:2 hesabı ilə məğlub olan "Sabah" Rumıniyanın "Akademika Klinçeni" klubu ilə qolsuz heç-heçə edib və Qazaxıstan "Kaysar"ını yenib - 3:1. "Səbail" ilk görüşündə Qazaxıstanın "Jetisu" klubuna 0:1, Ukraynanın "Olimpik" (Donetsk) komandasına isə 1:3 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə