Budo döyüş növü üzrə çempionat keçirilib

Xaçmaz Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr və gənclər arasında budo döyüş növü üzrə açıq şimal çempionatının qalibləri müəyyənləşib. SİA-nın məlumatına görə, Xaçmaz Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının baş hakimi Ceyhun Hacıyevin birgə təşəbbüsü ilə keçirilən yarışa 20 komandadan 300-ə yaxın idmançı qatılıb.

Çempionatda “Peşəkar Budo” klubu medal sayına görə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Xaçmaz” komandası ikinci, “Ucar” isə üçüncü pillədə qərarlaşıb. Çempionatın qalibləri federasiya və Xaçmaz Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və medallara layiq görülüblər.

Qeyd edək ki, yarış semi-kontakt, ful-kontakt və fri-kontakt qaydaları üzrə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...