“Borussiya” əzmkar qələbə qazanıb, lider yenə qalib gəlib - Bundesliqada nəticələr

Futbol üzrə Almaniya Bundesliqasında 18-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.

Dortmund “Borussiya”sı bu turda “Auqsburq”un qonağı olub. Kifayət qədər məhsuldar alınan bu oyuna qonaq komandanın yenicə transfer etdiyi Erlinq Haland damğa vurub. Komandasının 1:3 hesabıyla məğlub durumda olarkən meydana çıxan futbolçu het-trikə imza atmaqla “Borussiya”ya əzmkar qələbə qazandırıb.

Turnir cədvəlinin vahid lideri “Leyptsiq” isə “Yunion”u qəbul edib və inamlı qələbəyə sevinib.

Almaniya Bundesliqası

18-ci tur

17 yanvar

Şalke – Borussiya (Münhenqladbax) 2:0

Qol: S.Serdar, 48. Qreqoritş, 58.

18 yanvar

Auqsburq – Borussiya (Dortmund) 3:5

Qol: Nyederlaxner, 34; 55. Rixter, 46 – Brandt, 49. Haland, 59; 70; 79. Sanço, 61.

Fortuna – Verder 0:1

Qol: Kastenmayer, 67-öz qapısına.

Köln – Volfsburq 3:1

Qol: Kordoba, 22; 45+2. Hektor, 62 – Steffen, 66.

Hoffenhaym – Ayntraxt 1:2

Qol: Stafylidis, 48 – Dost, 18. Çandler, 62.

Maynts – Frayburq 1:2

Qol: Mateta, 82 – Hoon, 28. Petersen, 41.

Leyptsiq – Yunion 3:1

Qol: Verner, 51; 83. Sabitzer, 57 – Bulter, 10.

19 yanvar

18:30 Herta – Bavariya

21:00 Paderborn – Bayer

Bütün xəbərlər Facebook səhifəmizdə