Niderlandın Veyk-an Zee şəhərində təşkil olunan və təmsilçimiz Rauf Məmmədovun da iştirak etdiyi “Tata Steel Chess 2020” turnirində yanvarın 18-də yeddinci turun oyunları keçiriləcək. SİA-nın məlumatına görə, B qrupunda mübarizə aparan şahmatçımız növbəti turda turnir cədvəlinin liderlərindən olan hindistanlı Surya Şexar Ganquli ilə mübarizə aparacaq.
Altı turdan sonra şahmatçımız 3 xal toplayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə