Duyen Conson keçmiş həyat yoldaşı ilə şou quracaq

Duyen Conson keçmiş həyat yoldaşı ilə birlikdə ilin idman super şousunu təşkil edəcək. SİA-nın məlumatına görə, məşhur aktyor və güləşçi Duyen Conson bu il bodibilderlər turnirini daxil edəcək bir idman super şousu təşkil etməyə hazırlaşır. Bu işdə ona keçmiş amerikalı prodüser Dani Qarsia kömək edəcək.

Xatırladaq ki, Dani Qarsia “Qaya” ləqəbli Dueynin keçmiş həyat yoldaşıdır. “Qaya” 25 yaşında, 1997-ci ildə Dani ilə evlənib,10 il davam edən evlilikdən Simone adlı qız övladları dünyaya gəlib. Belə ki, 2007-ci ildə cütlük rəsmi olaraq ayrıldıqlarını elan ediblər. Buna baxmayaraq keçmiş həyat yoldaşları yaxşı dost qalmağı bacarıblar. Onların hələ də bir çox ortaq maraqları var, xüsusən də bədən tərbiyəsinə olan həvəsləri. Xanım Qarsia bu idman növündə indi də fəal iştirak edir.

Duyen Consonun təşkil edəcəyi turnirin mükafat fondunun 1 milyon dollar olduğu təxmin edilir. Bu yarış fondunun məbləği ən populyar şou olan “Cənab Olimpiya” dan cəmi 400.000 dollar azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə