Məğlub olmağımıza baxmayaraq, komanda pis təsir bağışlamadı - Tərlan Əhmədov

“Keşlə” Türkiyənin Antalya şəhərində davam edən təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama matçını keçirib.

SİA xəbər verir ki, Almaniyanın III Bundesliqa təmsilçisi “Zviçkau” komandası ilə görüşən “Keşlə” 1:4 hesabı ilə məğlub olub.

Final fitindən sonra baş məşqçi Tərlan Əhmədov oyun haqqında fikirlərini bildirib: “İlk hissədə istədiyimiz oyunu görə bilməsək də, fasilədən sonra komanda pis təsir bağışlamadı. Bəzi futbolçularımız bizə yalnız burada qoşuldular və onların fiziki durumunun nə yerdə olduğunu bilmək istəyirdik. Məğlub olmağımıza baxmayaraq, komanda pis təsir bağışlamadı. Demək olar ki, bütün qolları "standart" vəziyyətlərdən sonra buraxdıq. Səhvlərin üzərində işləməliyik və Premyer Liqanın ikinci yarısının ilk qarşılaşmasına tam hazır olmalıyıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...