Əgər mən bunları etsəydim, dünyada ən yaxşı futbolçulardan biri ola bilərdim - Məhəmməd Zidan

Misir millisinin və Dortmund "Borussiya"sının sabiq futbolçusu Məhəmməd Zidan "Liverpul"un baş məşqçisi Yürgen Kloppun onu Məhəmməd Salahla necə müqayisə etməsindən danışıb.

SİA xarici KİV-lərə istinadən xəbər verir ki, Zidan bununla bağlı deyib:

"Klopp mənə Salahdan yüz qat yaxşı olduğumu söylədi. Amma mənə daha çox peşəkarlıq göstərmək lazım idi. O dedi ki, mənim böyük istedadım və əla bacarıqlarım var, ancaq mən daha çox kökləmək lazım idi. Əgər mən bunları etsəydim, dünyada ən yaxşı futbolçulardan biri ola bilərdim. Salahın səviyyəsinə çatmaq üçün daha çox məşq etməli, özümü peşəkar aparmaılı idim. O, daha çox peşəkardır və Ronaldo, Messi kimi futbola sadiqdir".

Bütün xəbərlər Facebook səhifəmizdə