“Barselona” Vidalın transferinə qarşıdır

“Barselona”nın baş məşqçisi Kike Setyen Arturo Vidalın indi satılmasına qarşı çıxıb. SİA-nın xəbərinə görə, “El Mundo Deportivo” nəşrinin məlumatında bildirilir ki, yarımmüdafiəçi ən azı yaya qədər başqa kluba transfer olunmayacaq.

Setyen “Barselona” rəhbərliyi ilə görüşündə Vidala güvənəcəyini söyləyib. Çili millisinin üzvü “İnter”lə danışıqlar aparırdı, amma razılıq əldə olunmadı.

Bütün xəbərlər Facebook səhifəmizdə