UEFA maliyyə hesabatını açıqlayıb

Azərbaycan premyer liqasında çıxış edən klubların 2018-ci il üzrə orta gəlirləri 3,4 milyon avro təşkil edib.
SİA-nın məlumatına görə, Azərbaycan çempionatı bu göstəriciyə görə Avropada 28-cidir. Bu barədə UEFA-nın lisenziyalı klublar haqqında müqayisəli hesabatında bildirilib. İlk üçlükdə isə 272 milyon avro orta gəlirlə İngiltərə Premyer Liqası, 175,3 milyon avro ilə Almaniya Bundesliqası və 157,3 milyon avro ilə İspaniya La Liqası qərarlaşıb.

Borclara gəlincə Azərbaycanın yüksək liqada çıxış edən 8 klubunun ümumi borcu 20 milyon avrodur. Avropada 19-cu olan bu göstəriciyə əsasən hər klubumuzun orta hesabla 2,5 milyon avro borcu var. İngiltərə Premyer Liqasında elita klublarının orta borcu 2 milyard 474 milyon, İtaliya A Seriyasında 1 milyard 808 milyon, Türkiyə Super Liqasında isə 983 milyon avro təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...