Azərbaycan və Özbəkistan futzal komandaları qarşılaşacaq

Xəbər verdiyimiz kimi, futzal üzrə dünya çempionatının elit-raund mərhələsinə hazırlaşan Azərbaycan millisi yanvarın 21-də və 22-də Bakı İdman Sarayında yoldaşlıq oyunları keçirəcək. SİA-nın məlumatına görə, sparrin-rəqib isə Özbəkistan yığması olacaq. Hər iki qarşılaşma saat 20:00-da başlayacaq.

Komandalar 9 dəfə üz-üzə gəliblər. Bu oyunlardan 5-də millimiz, 1-də isə rəqib qələbə qazanıb. Üç dueldə “sülh” qeydə alınıb. Ən böyük hesablı nəticə son oyunda qeydə alınıb. 2016-cı il avqustun 16-da keçirilmiş oyunda millimiz 6:2 hesabı ilə qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...